Azərbaycan məhsulları Çində satışa çıxarıldı

0 746

Çinin iri market şəbəkələrində Azərbaycan məhsullarının satışına başlanılıb.

Oxu.Az-ın “Trend”ə istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşü zamanı bildirilib.

Ş.Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb.

Your email address will not be published.