“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşdü

0 543

ABŞ Nəqliyyat komandanı general Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZBELEDIYYE.INFO-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “Baku Cargo Terminal” yük terminalı ilə tanış oldular. Ümumi sahəsi 25 min m2  olan “Baku Cargo Terminal” MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir.

AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildirdilər.

Your email address will not be published.