Dövlət Baytarlıq Xidməti icra başçılarına müraciət etdi

0 582

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti diri heyvanların satışının həyata keçirildiyi rayonların icra hakimiyyəti başçılarına müraciət edib. 

Qurumdan Milli.Az-a verilən məlumata görə, müraciətdə ölkə ərazisində mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsinə zərurət yarandığı bildirilir.

Müraciətdə həmçinin rayon baytarlıq idarələrinin mütəxəssisləri tərəfindən qeyd olunan tədbirlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun rayon ərazisində operativ şəkildə həyata keçirilməsinə əməli köməklik göstərilməsindən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilir.

Your email address will not be published.