Ekspert: “Azərbaycan KTMT-nin tərəfdaşı olmaq hüququndan istifadə edə bilər”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi qismində Belarus təmsilçisinin seçilməsi təşəbbüsü tam əsaslandırılıb.

0 560

Azbelediyye.info xəbər verir ki, bu barədə Trend-ə rusiyalı ekspert İlya Tropinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü təşəbbüsü şərh edərkən deyib.

Qeyd edək ki, N.Nazarbayev maraqlı ölkələri KTMT-də tərəfdaş və müşahidəçi olmağa çağırıb.

Rusiyalı ekspert bildirib ki, bu təşəbbüs tam əsaslandırılıb.

İ.Tropinin əlavə edib ki, təşkilata müşahidəçi qismində Azərbaycanın seçilə biləcəyinin Ermənistan tərəfinin narahatlığına səbəb ola biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Azərbaycan bu qərarı qəbul etməyi lazım hesab edərsə, bu imkandan yararlana bilər:

“İstənilən halda, bu, sırf Azərbaycan dövlətinin seçimi olacaq”.

Ekspert bildirib ki, Ermənistan hökuməti təşkilatın baş katibliyindən öz mülkiyyəti kimi istifadə edə, baş katibi həbs edə, geri çağıra və ya təyin edə bilməz.

Your email address will not be published.