Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada meyit tapılıb

0 604
Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb.

“Ölkə.Az” report-a istinadən xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan vətəndaşlardan biri qonşusunun mənzilindən kəskin iy gəldiyi barədə adəti qurumlara müraciət edib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının iştirakı ilə göstərilən mənzilə giriş edilib və orada tək yaşadığı bildirilən, Kəlbəcər rayon sakini, 1972-ci il təvəllüdlü Etibar Haqverdi oğlu Əhmədovun meyiti aşkarlanıb. İlkin məlumatlara görə, E.Əhmədov bir neçə gün əvvəl öz əcəli ilə ölüb.

Meyit tibbi ekspertızaya aparılıb və onun dəqiq ölüm səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Your email address will not be published.