Oğlu Ölmüş Həkimdən Xəstəxananın Direktoruna Qarşı ŞOK Ittihamlar!

0 813

Mingəçevir şəhər sakini,ixtisasca həkim Zahid Məmmədov azbelediyye.az saytının redaksiyasına müraciət edib.Onun müraciət etməsinin məqsədi oğlu Məmmədov Mətləbin həkim məsuliyyətsizliyinin qurbanı olmasını müvafiq qurumlara,o cümlədən ölkə rəhbərliyinin diqqətinə çatdırmaqdır.Gənc övladını itirmiş Zahid Məmmədov Kanal32-yə göndərdiyi video-müraciətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovu qeyri-insanı hərəkətlərdə və həkim məsuliyyətsizliyində günahlandırır.Onun sözlərinə görə,gözəl ailə başçısı və ziyalı  oğlunun ölümünə  səbəb xəstəxana rəhbərinin biganəliyi,səriştəsiz və məsuliyyətsiz idaretməsi səbəb olub.Belə ki,direktor Könül Ələkbərov beyninə qan sızmış Mətləb Məmmədovun həyati təhlükəsinin ciddiliyini bildiyi halda ona qısa müddət çərçivəsində peşəkar tibbi müdaxilənin olması üçün  yaxınlıqdakı Gəncə şəhərindəki müqavilə ilə əməkdaşlıq etdikləri xəstəxanadan belə neyro-cərrah dəvət etməyib.Övlad acısı yaşamış Zahid Məmmədov göz yaşları içərisində müvafiq qurumlara müraciət edərək,oğlunun ölümünə bais olmuş şəxslərin və konkret olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovun cəzalandırılmasını istəyir.

Zahid Məmmədovun video-müraciətini sizlərə təqdim edirik:

Onu da qeyd edim ki,videodan da gördüyünüz kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov həm də təbiətə qənimidir.O,əlindəki odlu silahla öldürdüyü dövşanı əda ilə nümayiş etdirir.Hətta,bu azmış kimi naməlum ərazidə ocaq qalayaraq təbiətə daha bir zərbə vurur.Yəqin müvafiq oraqnlar həmin silahın qanuni olub-olmamasını və ovun icazə çərçivəsində aparıldığını yaxın vaxtlarda müəyyən edəcəklər.Həmçinin,Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu şəxsin təbiətə yönəlik addımlarına hüquqi qiymət verəcək.

Yəqin,hər birimiz və xüsusən də məmurlarımız ölkə prezidenti möhtərəm İlham Əliyevin təbiətin qorunması ilə bağlı tövsiyə,tapşırıq və göstərişlərini bilməmiş deyilik.

 -Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Müəllif: İxtiyar Həsənli

Your email address will not be published.