Qəbələdə yüksəklikdən yıxılan 43 yaşlı kişi dünyasını dəyişib

0 575
Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan şəxs dünyasını dəyişib.

“Ölkə.Az”a FHN-dən verilən məlumata əsasən, Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Your email address will not be published.