Salyanda qadın sirkə turşusundan zəhərləndi

0 601

Salyan rayonunda qadın sirkə turşusundan zəhərlənib.

Azbelediyye.info Report-a istinadən bildirir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Zeynalova Nuranə Nəbi qızı bilmədən turşu sirkəsini içərək zəhərlənib. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan N.Zeynalova ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Your email address will not be published.