Təranə Qumral onunla çalışacaq — “İlk dəfə Rəhim Rəhimli…”

0 286
Müğənni Təranə Qumral yeni işbirliyinə başlayıb.

“Ölkə.Az” bildirir ki, musavat.com saytına açıqlamasında müğənni özü deyib.

O bildirib ki, “Can-cana” mahnısının ilk ifaçısı Anar Qasımbəyli ilə duet oxuyacaq: “Yaradıcılığıma yeni nəfəs gətirmişəm. İşlər, layihələr, kliplər, mahnılar ard-arda təqdim olunacaq. Yeni işlərdən biri də 18 ildir müğənnilik edən Anarla duet oxumaqdır. O, “Can-cana” mahnısının Azərbaycan formasını yaradan şəxsdir. Belə ki, o, Türkiyənin İğdır şəhərində toylardan birində bu mahnını eşidib və onu özümüzünküləşdirmək qərarına gəlib. Azərbaycana qayıtdıqdan sonra onun ritmini və sözlərinin çoxunu dəyişib.

Mahnı populyarlıq qazanan zaman o, rayonda olub. Daha sonra Rəhim Rəhimlinin təklifi ilə ilk dəfə Bakıya gəlib. Bir müddət keçib, “Can-cana” mahnısını Vüqar Rəhimli adlı şəxs mənimsəyib. “Toylar kralı” adlı yarışmada iştirak edərək haqqını geri alan və sözünü deyən Anar ədaləti bərpa edib. Hazırda yeni layihələr üzrə işləyirik. Çox istedadlı şəxsdir. Bundan sonra bizi tez-tez birlikdə görəcəksiniz”.

Your email address will not be published.