Tovuzda avtomobil qəzası baş verib

0 546
Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

“Ölkә.Az” report-a istinadәn xәbәr verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, sükan arxasında olan sürücünün anidən halı pisləşib və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hələki kimliyi məlum olmayan sürücü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Your email address will not be published.