Ambulanslar “yatır”,xəstələr ölür!-ANONS

0 696

Mingəçevir şəhər xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti biabrçı vəziyyətdədir.Bunu biz yox,redaksiyamıza zəng edən onlarla şəhər sakini deyir.

  Yəqin ki,daimi və diqqətli oxucularımız  “Azərbaycan Bələdiyyəsi” qəzetində və azbelediyye.az saytında  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı araşdırma yazılarımızı unutmayıblar.Həm Mingəçevir sakinləri,həm də ölkəmizin müxtəlif bölgələrindən olan oxucularımız araşdırmanın IV hissəsini gözləyirlər. Çünki dövlətimizin milyonlarla vəsait xərclədiyi çox mühüm layihə olan İcbari Tibbi Sığorta Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov tərəfindən gözdən salınır.Bu layihəyə qarşı inanmsızlıq və aqressiv münasibət formalaşdırılır.Səbəbi isə çox sadədir.Yerlərə,konkret desək Mingəçevirə təyin olunan rəhbərliyin şəxsi ambisiyalara söykənən,savadsız,qeyri-peşəkar, bərbad və kobud idarəetməsi…Nəticə isə bölgədə sosial nazrazılıq yaratmaq və xalqı dövlətdən narazı salmaqdır…Bəlkə bunun başqa adı da var…???

Şəkildə gördüyünüz Təcili Tibbi Yadım maşınları Mingəçevir xəsətəxanasının qarajında və həyətində “yatır”.Xeyli sayda xəsətəyə isə vaxtında tibbi yardım göstərilmir.Bəs hər gün bu avtomobillərin xidməti üçün ayrılan vəsaitlər hara gedir???

     

 

Hörmətli oxucular,azbelediyye.az saytını izləməkdə davam edin.Bu günlərdə Mingəçevir xəsətəxanasında baş verən qanunsuzluqlar seriyasının və saxta ststistik hesabatlarla “yuxarıları”necə aldatma yollarının əks olunduğu araşdırma yazısının növbəti hissəsini təqdim edəcəyik.

Your email address will not be published.