“Ölkəmizi tanıyaq”:Mingəçevirdən cənuba doğru

0 617

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Mingəçevir məktəbliləri də qoşulublar.

Kanal32.info AZƏRTAC-a istinadən  xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Təhsil Şöbəsinin işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.

Bildirilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindən nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 9-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Lənkəran, Masallı, Astara şəhərlərinə səyahət edəcək, bu şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində nailiyyətləri ilə yaxından tanış olacaq və müxtəlif tədbirlərdə iştirak edəcək.

Tur-aksiya iştirakçılarının yola salınması mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tariyel Şükürov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı barədə məlumat verib.

Məktəblilər ölkəmizi daha yaxından tanımaları üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzən 40 nəfər şagirddən ibarət qrup xüsusi avtobusla Lənkəran rayonuna yola düşüb.

Your email address will not be published.