Seçki komissiyasının sədri polisi təhqir edib-BAKIDA

0 339

Bakı şəhər sakini Əliyev Qurban Fərəc  oğlu Kanal32.info-nun “Votsap” nömrəsinə zəng edərək haqsızlıqla üzləşdiyini və qızının əlində rəsmi dövlət sənədi olduğu halda torpağının Cəbrayıl rayon sakini İmanov Ramiz Əyyub oğlu tərəfindən zəbt olunmasına göstərdiyi cəhddən şikayətçi olduğunu dilə gətirib.Onun sözlərinə görə,Səbail rayonu,Badamdar qəsəbəsi 3-cü yaşayış massivi,sahə 130 4A-da yerləşən torpaq sahəsi “Çıxarış”la onun qızı Əliyeva Səfurənin adınadır.Bir sözlə,18.09.2018-ci il tarixdən torpağın hüquqi sahibi Əliyeva Səfurə Qurban qızıdır.Və onun adına verilmiş “Çıxarış” Daşınmaz əmlakın dövlət reyestrındə 831 nömrəli “Reyestr kitabı”nın 78754 nömrəli vərəqində qeydiyyata alınmışdır.

                              

Lakin bütün bunlara baxmayaraq vaxtı ilə qəsəbə Bələdiyyəsi ilə “iş birliyi”nə gedən  Ramiz İmanov çox dəyərli köçkünlərimizin adına ləkə gətirən bir addım atmaqla məcburi köçkün statusunu əlində bayraq tutaraq qanunlarımıza qarşı hörmətsizlik edir.Belə ki o ciddi cəhdlə qızımın üzərində mülkiyyət hüququ olan torpağını qanunsuz yolla ələ keçirməyə çalışır və əraziyə gəlmiş müvafiq qurumların nümayəndələrinə qarşı təhqiramiz ifadələr işlədərək onlara zor tətbiq etməklə maneçilik törədir.Hələ bu azmış kimi adını ziyalı qoyan bu şəxs özünü “ədalət carçısı”,”məcburi köçkünlərin təəssübkeşi” kimi cəmiyyətimizə sırımağa çalışan Asif Mərzilinin rəhbərlik etdiyi tezadlar.az saytı vasiətəsi ilə həm mənim,həm də polislərin barəsində böhtan və təhqirlər yağıdırıb.Adıçəkilən saytda 2 noyabr 2018-ci il tarixdə “Polis mayoru, yoxsa “makler”?” adlı məqalədə müəllif jurnalistin peşə etikasını kobud şəkildə pozaraq qanun keçikçisi olan polisləri– Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi,polis polkovnik-leytenantı Urxan Şirinovu və sahə rəisi,polis mayoru Hikmət İsgəndərovu təhqir edəcək ifadlər işlədib.Sahə rəisini “makler”adlandıran Ramiz İmanov “xidmət”etdiyi dövlətini və onun qanun keşikçilərini aşağılayan ifadələri utanmadan ərizələrində qeyd edib.Qurban Əliyev onu da vurğulayıb ki,həm sayt rəhbərliyi,həm yazı müəllifi,həm də “şikayətçi” onun,o cümlədən polis əməkdaşlarının ictimai və işgüzar  nüfuzuna xələl gətirən addımlar atıb.O,ümid edir ki,aidiyyatı qurumlar tezadlar.az saytını və qanunsuz əməllərinə “məzlum”donu geyindirərək özünü “imam övladı”kimi qələmə verən Ramiz İmanovu inzibati qaydada cəzalandıracaq.

                        

  Biz də Kanal32 olaraq mövcud vəziyyəti öyrənmək üçün Səbail rayon 41-ci polis bölməsinin fəaliyyəti və vətəndaşlarla olan münasibəti ilə bağlı kiçik bir araşdırma apardıq.Ərazidə yaşayan bəzi sakinlərin,həmçinin bölmənin xidmət dairəsində fəaliyyət göstərən müxtəlif istiqamətli obyekt sahiblərindən əldə etdiyimiz məlumatlara görə,bölmə rəisi Urxan Şirinovun fəaliyyəti təqdirəlayiqdir,cənab Ramil Usubovun etimadını doğruldur.O,vətəndaş-polis münasibətlərini səmimiyyət,yüksək etik davranış və qarşlıqlı anlaşma şəraitində qurmağı bacarıb.O cümlədən,onun tabeliyində çalışan sahə rəisi Hikmət İsgəndərov da vətəndaşlarla qanunvericiliyə uyğun şəkildə davranır,ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə peşəkarlıq nümayiş etdirir.Müxbirimiz araşdırma zamanı 41-ci Polis bölməsinin xidmət ərazisində fəaliyyət göstərən “Sebail inn hotel”,”Continent” hotel,”Seapiar” hotel və turistlərin üz tutduğu digər istirahət mərkəzlərinin əməkdaşları ilə də söhbət edib.Adətən bu qəbildən olan obyektlər polislərdən narazı qalırlar.Ancaq fikirləri öyrənilən şəxslərin hər biri cəmi 3 ildir yaradılmasına baxmayaraq 41-ci Polis bölməsinin fəaliyyətindən razılıqlarını bildiriblər.Və öz növbələrində Daxili İşlər naziri general-polkovnik Ramil Usubova minnətdarlıq ediblər.Hətta,yaxınlıqdakı otellərdə qalan və həmsöhbət olduğumuz qaxaıstanlı turistlər ərazidə asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olduğunu dedilər.

P.S. Redaksiya olaraq obyektivlik naminə deməliyik ki,tezadlar.az saytı tənqidi təhqirlə əvəz etməməli idi.Çünki ən sərt tənqid belə heç bir hüquqi məsuliyyət yaratmır.Ancaq birtərəfli qaydada çıxış etmək və məsələnin hüquqi mahiyyətini araşdırmadan qərəzli yazı vermək jurnalistin peşə kodeksini pozmasıdır.Həmçinin,təhqirlərlə,böhtanlarla dolu ifadələr AR.CM-nın 147 və 148-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.Bu zaman isə ortaya bir neçə sual çıxır.

Bu gün ölkəmizin rəhbəri cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki,mən polisimizə inanıram və onların fəaliyyətini hər zaman yüksək qiymətləndiriəm.Belə olan halda özünü Seçki komissiyasının sədri sayan “ziyalı” Ramiz İmanov polisi təhqir etməklə ölkə başçısının iradəsinin əleyhinə getmirmi?

Niyə Ramiz İmanov polisin qanunsuz əməllərindən müvafiq qaydada qəbula düşərək DİN rəhbərinə birbaşa şikayət etmir,amma,bunun əvəzində polisin cəmiyyətdəki nüfuzuna zərbə vuran aşağılayıcı ifadələr işlədir?

Yoxsa,bu şəxsin məqsədi yerlisi (bəlkə də qohumu)Orduxan Teymurxan kimi Azərbaycan dövlətini biabr etməkdimi?

Hörmətli Ramiz İmanovdan bu suallara cavab gözləyirik .

 

Kanal32.info

Your email address will not be published.