600 min vətəndaşın bank borcu silindi

0 714

Gürcüstan hökuməti prezident seçkiləri öncəsi 600 mindən artıq vətəndaşının bank və mikromaliyyə təşkilatları qarşısında borcunu silib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ümumilikdə 1,5 milyard lari (600 milyon dollardan çox vəsait) silinib. Baş nazir Mamuka Baxtadze hökumətin bu qərarı verdiyini və 2 min lariyə qədər borcu olan vətəndaşların 95%-nin borcunun sıfırlandığını elan edib.

Qeyd edək ki, noybarın 28-də Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçiriləcək.

P.S.Bu xəbəri oxuyanda lap utanıb yerə girdim.Bizim Mərkəzi bankın,Maliyyə nazirliyinin və məhkəmələrin əvəzinə.Deyirəm necə də… Nə isə…(kanal32.info)

Your email address will not be published.