27 ildir çözülməyən Qarakənd müəmması

0 584

Bu gün Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri – Qarakənddə törədilən faciədən 27 il ötür. 

Kanal32.info xəbər verir ki, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Həlak olanlar sırasında vertolyotda Rusiya və Qazaxıstandan olan müşahidəçilər də vardı. Hadisədən 27  il keçməsinə baxmayaraq, indiyədək terror aktının üstü tam açılmayıb və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi digər soyqırımlar kimi, bu cinayəti törədənlər də cəzasız qalıblar.

Hadisədən uzun müddət keçdiyi üçün bəzi məsələlər unudulsa da, əksər ekspertlər hesab edir ki, «Mİ-8» vertolyotu sifarişlə vurulub. Çünki həmin vertolyot oranın hərbi komendantına məxsus idi. Bu vertolyotların altında tanınma işarələri var idi. Həmin nişanları avtomatik özünümüdafiə sistemləri də tanıyırdı. Buna görə də, o vertolyotların vurulması mümkün deyildi. Vertolyotların hərəkət marşrutu isə ancaq onu idarə edən pilot və onların məlumat verdiyi yerə məlum olurdu. Buna görə də, Azərbaycanın dövlət və ictimai xadimlərinin bir vertolyata yığılaraq vurulması xüsusi hazırlanan planın tərkib hissəsi idi. Vertolyotun isə ermənilər tərəfindən vurulması birmənalı olaraq dəqiqləşib. Başqa bir məqam da dəqiqləşib ki, həmin şəxslərin bir vertolyotda uçması ilə bağlı ermənilərə dəqiq məlumat verilib. Bu hadisədə təsadüfi heç nə yox idi və hər şey öncədən planlaşdırılıb. Bu planın arxasında isə Rusiyanın maraqları dururdu. Çünki vertolyotun hərəkət istiqaməti də sonradan dəyişdirilib. Adətən marşrut Ağdam rayonunun Novruzlu kəndi – Xocavənd istiqaməti olduğu halda bu dəfə geri qayıdan vertolyot ağıryüklü olmasına baxmayaraq Qarakənd kəndi üzərindən hərəkət edib. Bu isə anlaşılan deyildi. Bütün bu məqamlara qara qutunun oxunması nəticəsində aydınlıq gətirilə bilərdi. Amma «qara qutu» Moskvaya verildi və bu günədək ondan heç bir məlumat alınmayıb.

Digər bir müəmmalı və diqqətçəkən məqam isə ondan ibarət idi ki, həmin hadisələrdə bir SSRİ generalı dünyasını dəyişsə də, Rusiyanın o zamankı hərbi qəzeti olan «Krassnaya zvezda»da heç olmasa bir başsağlığı verilmədi.

Your email address will not be published.