Gəncədə yaşayış binası partladı

0 537

Gəncə şəhərində dördmərtəbəli binada partlayış baş verib. Hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də qeydə alınıb.

Partlayış nəticəsində binanın bloklarından biri hissəvi olaraq çöküb. Bir nəfərin öldüyü və daha bior nəfərin yaralandığı bildirilir.

Virtualaz.org-a Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, dağıntılar altından meyiti çıxarılan şəxs 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından altından çıxarılan yaralı isə 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədovdur. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Əməkdaşımıza o da bildirilib ki, partlayışın baş verdiyi binada hərbiçilər yaşayır. Ölən və yaralanan şəxslər də hərbiçidir.

Hadisə yerinə 6 təcili yardım briqadası göndərilib.

Your email address will not be published.