Ölənlərin sayı 3 nəfərə çatdı-Nazir də əraziyə gəldi-FOTO

0 516

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Kanla32.info-ya Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.Hadisə yerində axtarışlar davam etdirilir.

*   *   *

Kanal32.info-nun əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da artıq Gəncəyə gəlib.

Hazırda hadisə baş verən ərazidədir və ərazidə xilasedicilər çalışırlar.Hadisənin hansı səbəbdən baş verməsi isə Fövqəladə Hallar Nazirliyinin araşdırmasından sonra məlum olacaq.

Your email address will not be published.