Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi

0 606

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan məşhur erməni terrorçu Jirayr Səfilyana vətəndaşlıq verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu məlumatı Paşinyan öz “Feysbuk” səhifəsində paylaşıb.

“Dünən Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsi ilə bağlı bütün sənədləri imzaladım. Qərar Ermənistan prezidentinin onu təsdiqləməsindən sonra qüvvəyə minəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Səfilyan əslən Livan ermənisidir. O, gəncliyini Beyrutda keçirib, Livandakı Daşnaksütyun Partiyasının fəal üzvlərindən biri olub. 1990-cı ildə Ermənistana hərbi təlimçi kimi gəlib və Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Səfilyan Şuşa, Ağdam, Kəlbəcərin işğalında yaxından iştirak edib.

Səfilyanın rəhbərliyi altında olan şəxslər 2016-cı ildə Ermənistanda polis idarəsini zəbt edərək, onun azadlığa buraxılmasını tələb ediblər.

Səfilyan hazırda “Sasna Tsrer” Partiyasının rəhbəridir.

Your email address will not be published.