Səfirliyin nümayəndələri Kəlbəcər məktəbində olub

0 526

Kanal32.info xəbər verir ki,ABŞ-ın Dövlət departamentinin ingilis dili proqramları üzrə regional direktoru Con Silver Yevlax şəhərindəki Yeni qəsəbədə fəaliyyət göstərən Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbində olub.

Con Silveri səfər zamanı ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə attaşesi Haydi Smit müşayiət ediblər. Qonaqları məktəbin rəhbərliyi və pedaqoji kollektivi, eləcə də Kəlbəcər RTŞ-nin məsləhətçisi qarşılayıb.Səfər zamanı qonaqlar ABŞ hökümətinin maliyyələşdirdiyi İngilis dili üzrə kiçik həcmli təqaüd proqramı çərçivəsində keçirilən dərsləri müşahidə ediblər.

Qeyd edək ki, ABŞ hökümətinin maliyyələşdirdiyi İngilis dili üzrə kiçik həcmli təqaüd proqramı çərçivəsində 6 noyabr 2018-ci il tarixdə Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə təşkil edilib. 20 nəfər şagirddən ibarət qrupda dərslər həftədə 4 saat olmaqla 2 gün tədris edilir. Qonaqlar şagirdlərə ingilis dilində tədris vəsaitləri, disklər və s. hədiyyələr veriblər.Həmçinin,onlar məktəbdə şagirdlər üçün yaradılmış şəraitə görə məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Kəlbəcər RTŞ-nin rəhbərliyi də öz növbəsində  məcburi köçkün şagirdlərinə göstərilən qayğıya görə ABŞ-ın Azərbaycan səfirliyinə, xüsusilə Con Silver və Haydi Smitə, eləcə də səfərlə bağlı əlaqələndiriciləri Səbinə və Aysel xanıma öz minnətdarlığını ifadə edib.

KANAL32.İNFO

İxtiyar Həsənli

Your email address will not be published.