Növbəti “Qarabağ” faciəsi

0 374

Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

Kanal32.info utanaraq xəbər verir ki, E qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” Bakıda “Sportinq”i qəbul edib  və 1:6 hesabı ilə uduzub.

Bununla da, Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını itirib. “Sportinq” isə sona bir tur qalmış 1/16 finala vəsiqəni təmin edib.

Qrupun digər oyununda Ukraynanın “Vorskla” klubu London “Arsenal”ını qəbul edib və 0:3 hesabı ilə məğlub olub.

21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) – 1:6
Qollar: 
Bas Dost, 5-pen (0:1), Abdulla Zubir, 14 (1:1), Fernandes, 20 (1:2), Nani, 33 (1:3), Diabi, 65 (1:4), Fernandes, 75 (1:5), Diabi, 82 (1:6)
Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya)
Bakı Olimpiya Stadionu.

Qeyd edək ki,Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda dünən keçirilən “Sprotinq”lə matça təsadüf edib. 1:6 hesabı ilə uduzan Ağdam klubu bundan əvvəl heç vaxt 5 top fərqi ilə uduzmamışdı.Dünənə qədər “Qarabağ”ın ən ağır məğlubiyyətləri 1998/1999 mövsümündə UEFA Kuboklar kubokunda “Kopenhagen”ə və 2017/2018 mövsümündə Çempionlar Liqasında “Çelsi”yə 0:4 hesabı ilə uduzduğu oyunlar olmuşdu.

Xatırladaq ki, “Qarabağ” “Sportinq”ə səfərdə 0:2 hesabı ilə məğlub olub.

Your email address will not be published.