Mingəçevirdə yataqxana yanmayıb-FOTO

0 600

”Report” xəbər yayıb ki,Mingəçevirdə yerləşən yataqxanalardan birində – internat məktəbinin yataqxanasının ikinci mərtəbəsində yanğın baş verib.

Azbelediyye.info-nun həmin yataqxanada yaşayan əməkdaşının sözlərinə görə,əslində nə heç bir yanğın hadisə qeydə alınıb,nə də yanğının lokallaşdırılması baş verməyib.Sadəcə yataqxanın ikinci mərtəbəsinin dəhlizindəki kiçik həcmli elektirik şitində adi qısaqapanma olub və şitin açarları atıb.Nəticəsdə binanın işıqları sönüb.Binada internat məktəbinin şagirdləri və orada məskunlaşan məcburi köçkünlər təlaşa düşərək  FHN-nin Mingəçevir şöbəsinə zəng ediblər.Əraziyə yanğınsöndürmə briqadası gəlsə də,su şlanqlarını belə açmağa ehtiyac olmayıb.Binadan əhalinin təxliyyə olunması xəbəri də həqiqətə uyğun deyil.Hətta, azyaşlı uşaqlar belə otaqlarından çıxarılmayıb.

Your email address will not be published.