Mingəçevirdə genişmiqyaslı reyd keçirildi

0 660

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib.

Azbelediyye.info xəbər verir ki, dekabrın 8-də Mingəçevir şəhər Polis şöbəsinin DYP bölməsinin əməkdaşları genişmiqyaslı reyd keçirib..

Reyd zamanı ilk növbədə sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar saxlanılıb.Onların normadan artıq sərnişindaşımaları, sürücülük vəsiqəsi, yaxud etibarnaməsi olmayan sürücülərin avtobusları idarə edib-etməməsi və digər tələblərin icrasına nəzarət həyata keçirilib.Araşdırma  zamanı məlum olub ki,xeyli sayda sürücü etibarnamə və tibbi arayış olmadan sükan arxasına əyləşərək avtomobil idarə edir.

Axşam saatlarında isə təhlükəsizlik kəmərindən istifadə edilməməsi, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetmə halları və digər qayda pozulmaları ilə bağlı əməliyyat reydi davam etdirilib.DYP-ın Mingəçevir bölməsindən verilən məlumata görə, Gün ərzində ümumilikdə 100-dən çox minik avtomobili, sərnişin avtobusunun sürücüsü və velosipedçi saxlanılaraq, 70 sürücü barədə inzibati protokollar tərtib edilib.

 

İxtiyar Həsənli

Your email address will not be published.