İşdən çıxarılan Baş nazirin müavini intihar etdi-AZƏRBAYCANDA

0 609
Bu ilin iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırlan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov intihar edib.
Kanal32.info xəbər verir ki, bu barədə məlumatı “AzPolitika.info” Muxtar Respublikadakı mənbələrə istinadən yayıb.
Bildirilir ki, Asəf Məmmədov dekabrın 7-də evində özünü asaraq həyatına son qoyub. Ancaq “naxçıvansayağı idaəetmə prinsipləri”ndən irəli gələrək baş nazirin sabiq birinci müavininin intiharı haqda xəbər mümkün qədər geniş ictimaiyyətdən gizlədilməyə çalışılıb. Onun hansı səbəbdən intihar etməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Your email address will not be published.