Kəlbəcər məktəbində anım tədbiri keçirilib-FOTOLAR

0 578

Azbelediyye.info xəbər verir ki,Mingəçevirdə yerləşən Milli Qəhrəman Ş.Şükürov adına 35  -li Kəlbəcər rayon tam orta məktəbində anım tədbiri keçirilib.

  Çağdaş Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ili Milli Qəhrəman Ş.Şükürov adına 35  №-li Kəlbəcər rayon tam orta məktəbində də qeyd edilib.Anım mərasimini giriş sözü ilə məktəbin müəllimi,AJB-nin üzvü İnqilab Şirinbəyli açıb.Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanılıb.Ardınca torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin və H.Əliyevin ruhu bir dəqiqəlik sükütla yad edilib.Tədbrin təşkilatçısı bildirib ki,görkəmli dövlət xadimi,Ulu öndər Heydər Əliyevin həyat  və fəaliyyəti məktəbin V sinif şagirdləri tərəfindən hazırlanan kompazisiya ilə təqdim olunacaq.Dahi şəxsiyyət,təkrarolunmaz lider H.Əliyevin dünya çaplı siyasi faəliyyətinə qısaca nəzərə salan natiq sözü şagirdlərə verib.Onlar Ümummilli liderin həyatından və siyasi fəaliyyətindən danışmaqla bərabər,Ulu öndərə həsr olunmuş müxtəlif səpkili şeirlər səsləndiriblər.Ən diqqətçəkən məqamlardan biri isə beşincilərin ifasında fenomenal şəxsiyyət Heydər Əliyevin ölümünə itihaf edilmiş mahnının oxunması olub.

Anım tədbirinin sonunda  çıxış edən məktəbin direktoru Elşən Əzimov şagirdlərə təşəkkürünü bildirməklə yanaşı,Heydər Əliyev fenomenin keçdiyi şərəfli yoldan danışıb.Onun xalqımızın azadlığı,dövlətimizin suverenliyi uğurunda apardığı misilsiz xidmətlərdən danışıb.Həmçinin qeyd edib ki,sovet rejimi dönəmində belə Heydər Əliyev dühası hər zaman xalqının yanında olub.Məktəbin direktoru onu da bildirib ki,Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında,dilimizin safalaşmasında,mədəniyyətimizin inkişafında uzaqgörən addımlar atıb.

 Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.