“Tək canavar”-kəlbəcərli şəhid kəşfiyyatçı Ülfət Kərimov

0 594

Kanal32.info xəbər verir ki,şəhid hərbçi Ülfət Kərimovun keçdiyi döyüş yolunun və vətənə olan sevgisinin gənc nəslə örnək olmasını təbliğ etmək məqsədi ilə Kəlbəcər rayon Mədəniyyət sarayında tədbir keçirilib.

Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarətlə başlayan tədbir Ülfət Kərimovun həyatına həsr edilən sərgiyə baxışla davam edib. “Azərbaycan bayrağı” ordenli, döyüş yoldaşları arasında “Tək canavar” və “Mixaylo” kimi tanınan kəşfiyyatçı Kəlbəcərdə doğulub boya-başa çatıb. Ülfət Kərimov erməni qəsbkarlarına qarşı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, əsir götürüb, eləcə də çoxlu sayda texnikasını ələ keçirib və məhv edib. Təbdirdə vurğulanıb ki, şəhid hərbçi 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Əhalinin kəndi sağ-salamat tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub. Onun həyatı və döyüş yolunun gənclər üçün əsl qəhrəmanlıq səlnaməsi olduğuna diqqət çəkilib. Sonda Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyi tərəfindən Azərbaycan xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş medal şəhidin anası Fatma Kərimovaya və Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədova təqdim edilib.

 

Xatırladaq ki,Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur.Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir.Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir :”Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğurunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tankı(T-72),bir ədəd PDM-i,bir ədəd “PK”pulemyotunu, üç ədəd “RPQ-7”-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir”.

2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir”.

Bu qeyd olunanlar Ülfət Kərimovun yalnız qeydiyyata alınması münkün olan nailiyyətləridir.

Onu da qeyd edək ki,1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.Lakin Əbülfəz Elçibəy hakimiyyəti hələ də bilinməyən səbəblərdən sözün əsl mənasında qanı,canı,həyatı bahasına Vətəni uğurunda ömürünü qurban verən Ülfət Kərimova Milli Qəhrəman adı verməyi məqsədəuyğun saymayıb(?)

P.S.Amma,Elçibəy hökuməti həmin dövrlərdə Surət Hüseynov kimilərinə, avtomobil qəzasında həyatını itirənlərə,atılan təsadüfü güllə nəticəsində ölənlərin bəzilərinə  Milli Qəhrəman adı verilib.

 

Your email address will not be published.