“Azərbaycan bayrağı”ordenli şəhid Cəmil Əliyev-FOTOLAR

0 684

Kanal32.info xəbər verir ki,dekabrın 16-da Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində “Azərbaycan bayrağı”ordenli şəhid Cəmil Əliyevin abidə komleksi önündə anım mərasimi keçirlib.Mərasimdə qəhrəman tankçının ailə üzvləri,Qarabağ müharibəsi veteranları,ziyalılar və media nümayəndələri iştirak ediblər.Öncə şəhidin ruhuna dualar oxunub,abidə önünə gül dəstələri qoyulub.Daha sonra şəhidin qardaşı Haley Əliyev onun keçdiyi döyüş yolundan danışıb.Cəmil Əliyevin 1993-cü ildə Beyləqan uğurunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.Qeyd olunub ki,onun döyüşlərdə göstərdiyi şücayət Ümummilli lider H.Əliyev tərəfindən həm sağlığında,həm də ölümündən sonra  da qiymətləndirilib.Şəhidin qardaşı həmçinin,dövlətimizin Cəmil Əliyevin ailəsinə gösrətdiyi diqqət və qayğını yüksək qiymətləndirib və ölkə bşçısı Ali baş komandan İlham Əliyevə minnətdarlığını ifadə edib.O cümlədən şəhidin adının əbədiləşdirlməsi üçün tikilən abidə kompleksinin ərsəyə gəlməsində Mingəçevir şəhərinin sabiq icra başçısı Niyazi Bayramova və digər əməyi keçən şəxslərə Cəmil Əliyevin ailə üzvləri adından təşəkkürünü bildiririb.

“Şah İsmayıl Xətayi” mükafatı və “Azərbayacn bayrağı ordeni” ilə təltif onun qəhrəman şəhid Cəmil Əliyevin  qız övladı isə çıxış zamanı deyib ki,o atası ilə həmişə qürur duyub.Göstərdiyi qəhrəmanlığının,vətənsevərliyin  atasını tanıyanlara hər zaman örnək olduğunu dilə gətirib.

Xatırladaq ki,”Azərbaycan bayrağı”ordenli şəhid Cəmil Əliyev 01 fevral 1964-cü ildə Qərbi Azərbaycanda doğulub.Gəncliyinin bir hissəsi və əmək faliyyəti Mingəçevirlə bağlı olan ali təhsilli bu, qəhrəman Vətən övladı 16 dekabr 1993-cü ildə Beyləqan uğurunda gedən ölüm-qalım döyüşündə həlak olub.

İnqilab Şirinbəyli

Your email address will not be published.