Gəncə Yeni ili necə qarşılayacaq?

0 346

Gəncə şəhər icra hakimiyyətindən Kanal32.info-ya verilən məlumata Gəncə yeni ili qarşılamağa hazırlaşır.

Şəhərdə yavaş-yavaş bayram abu havası hiss olunur. Hər il Gəncənin baş meydanını bəzəyən küknar ağacı artıq hazırdır. Hündürlüyü 21 metr olan küknar ağacı 500-dən çox müxtəlif oyuncaqla bəzədilib, ağacın üzərində işıq sistemi və effektlər quraşdırılıb.Əvvəlki illərdən fərqli olaraq, şəhər sakinləri bu il bir sıra yeniliklərin şahidi olacaqlar. Belə ki, şəhərin baş meydanında 10 ədəd kiçik evcik qurulub ki, burada da müxtəlif yeyinti məhsullarının tanıtımı və satışı həyata keçiriləcək.

Ərazidə uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif atraksionlar quraşdırılıb, fərqli əyləncələr nəzərdə tutulub. Burada Şaxta baba üçün ev qurulub. Yeni ilin qocaman babası balacaları öz evində qəbul edəcək. Uşaqlar Şaxta babaya öz ürək sözləri və istəklərini qeyd etdikləri məktubları da təqdim edə biləcəklər.

Bütün bunlarla yanaşı gündəlik şou-proqramlar, uduşlu viktorinalar şəhər sakinlərinin zövglərinə oxşayacaq. Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqili proqramlar təqdim olunacaq. F.Əmirova adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Dram və Kukla Teatrlarının kollektivlərinin iştirakı ilə baş tutacaq konsert proqramları yanvarın 15-ə kimi davam edəcək.

Təşkilati işlər üzrə məsul şəxs Sevinc Hüseynova Ganjanews.az saytına müsahibəsində bildirib ki, dekabrın 21-də hər kəsin tanıdığı məşhur içki brendinə məxsus maşın karvanı Gəncənin qonağı olacaq. “Brend burada öz məhsullarının dequstasiyasını təşkil edəcək. Bu proses konsert proqramı ilə müşayət olunacaq. Dekabın 22-də Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert proqramının təşkili nəzərdə tutulub. Dekabrın 26-da isə Azərbaycan Respublikasının əməkdar artisti Abbas Bağırov canlı konsert proqramı ilə şəhər sakinləri qarşısında çıxış edəcək. Həmçinin müğənni Murad Arifin də konserti nəzərdə tutulub”, – deyə Sevinc Hüseynova qeyd edib. O həmçinin vurğulayıb ki, Gəncədə yeni açılacaq sağlamlıq mərkəzi də qeyd olunan Yeni il yarmarkasında iştirak edərək, pulsuz müayinələr təşkil edəcək. Sakinlər “Yaşın qədər endirim al” kampaniyası çərçivəsində endirimlə qan analizi verə biləcəklər”.Sevinc Hüseynova Yeni il yarmarkasında qiymət artımının olmayacağını bildirib.

Dekabırın 31-də isə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Gəncənin baş meydanında konsert proqramı təşkil olunacaq. Gəncə Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq.

 

Your email address will not be published.