Ağcabədidə “Avşar əməliyyatı”-FOTOLAR

0 605

Ağcabədi rayonunun Avşar kəndində minaatan mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Kanal32.info-ya verilən məlumata görə, quruma Ağcabədi rayonu, Avşar kəndi ərazisində mərminin tapılması barədə daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Your email address will not be published.