Novruz bayramında neçə gün dincələcəyik?

0 650

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Novruz Məmmədov bununla sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun”.

Qeyd edək ki, martın 23-ü və 24-ü tarixləri şənbə və bazar günlərinə düşdüyündən, onların 25-26 mart tarixləri ilə əvəzlənməsi və Novruz bayramında dalbadal 7 qeyri-iş gününün olacağı istisna edilmir.

Your email address will not be published.