Ölkədə 7 il tariflər dəyişməyəcək -Şok qərar

0 706

Qazaxıstanda elektrik enerjisinin qiyməti 2025-ci ilə qədər dəyişməyəcək.

Azbelediyye.info xəbər verir ki, bu barədə müvafiq qərarı ölkənin energetika naziri Kanat Bozumbayev imzalayıb.

Sənədə əsasən, növbəti 7 ildə elektrik enerjisinin tarifləri sabit qalacaq.

43 enerji istehlakçı qrupuna satılan elektrikin 1 kilovattı 4.5 (0.01 dollar) təngədən 11.64 (0.03) təngəyədək dəyişir.

Qərar 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir.

Qazaxıstanda elektrik enerjisini əhaliyə və əhali qruplarına özəl qurumlar satır. Onlar tarifləri mövcud hədd daxilində özləri müəyyənləşdirirlər.

Qeyd edək ki, Qazaxıstanda kommunal və elektrik enerjisinin tarifləri məsələsi noyabrın 7-də Prezident Nursultan Nazarbayevin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.

Dövlət başçısı yüksək qiymətlərə görə müvafiq qurum rəhbərlərini sərt tənqid edib.

P.S.Sağ əlləri bizim Tarif Şurasının başına.Görəsən onlar bu qərarı eşidəndə heç olmasa bir az utandılar???

Your email address will not be published.