Kərim Vəliyev Türkiyədə ordu generalı ilə görüşdü

0 591

Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün Ankarada səfərdə olan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Kanal32.info Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun salamlarını Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Yaşar Gülerə çatdırıb və görüşə görə ona təşəkkürünü bildirib.

Your email address will not be published.