Niyazi Bayramov növbəti səyyar qəbul keçirib

0 627

Gəncə şəhər İcra Hakimiyyətindən azbelediyye.az-ya verilən məlumata görə,şəhərin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib.

Bu dəfə 1 saylı sahə inzibati ərazi dairəsinin ərazisində yaşayan sakinlərlin müraciətləri dinlənilib. Ərazidə yaşayan 50-yə yaxın vətəndaş, “açıq mikrofon” şəraitində keçən qəbulda, öz müraciətini dilə gətirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Qəbulda əsasən küçə işıqlanması, qaz sayğaclarının quraşdırılıması, yol infrastrukturunun bərpası, nəqliyyat problemlərinin aradan qaldırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapıb, İcra strukturunun fəaliyyətinə daxil olmayan məsələlər isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Your email address will not be published.