Yeni icra başçısı bələdiyyə üzvləri ilə görüş keçirib

0 643

Mingəçevir Bələdiyyəsindən azbelediyye.az-ya verilən məlumata görə,Mingəçevir şəhərinə yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bələdiyyə üzvləri ilə görüşüb. O, ölkə Prezidentinin Mingəçevirlə bağlı fikirlərini, onun qarşısında qoyduğu vəzifələri dilə gətirərək, bildirib ki, artıq bir neçə layihənin icrasına başlanılıb. Başçı park və bağların, küçə və və məhəllələrin abadlaşdırılma işlərinin daha sürətlə davam etdiriləcəyini deyib və bu işlərin görülməsində bələdiyyənində yaxından iştirakının vacibliyini vurğulayıb.

İlham İsmayılov eyni zamanda şəhərimizdə məşğulluq probleminin həllinə yönələn layihələrdən-Sənaye Parkında yeni fabrikin, “Azərxalça”nın müəsisəsinin tikilməsi və başqa obyektlərin açılması barədə də məlumat verib.

Bələdiyyə sədri Coşqun Abdullayev də öz növbəsində başçının Mingəçevir bələdiyyəsinə gələrək bələdiyyə üzvləri ilə görüşməsini yüksək qiymətləndirib və bələdiyyənin həyata keçiriləcək layihələrdə, xüsusən “Nümunəvi məhəllə” layihəsində öz töhfəsinin verəcəyini bildirib.

Bələdiyyə üzvləri Zahid Qasımlı, Mircəmil Hacıyev, Əli Əliyev, Sahib Hüseynov və Nəbi Nəbiyev şəhər rəhbərini təbrik ediblər və həyata keçirilən işlər barədə təkliflərini verərək, İcra Hakimiyyəti ilə qarşılıqlı əlaqədə işləyəcəklərini diqqətə çatdırıblar.

Your email address will not be published.