Mingəçevir Bələdiyyəsindən Yeni il hədiyyəsi

0 250

Mingəçevir Bələdiyyəsindən Azbelediyye.info-ya verilən məlumata görə,şəhər bələdiyyəsi Yeni il ərəfəsində  “Nərimanov” məhəllə komitəsinin ərazisində (N.Nərimanov prospektindəki 39, 41, 43 və 45 saylı binaları əhatə edir) yaşayan sakinlərə bayram hədiyyəsi olaraq “Nümunəvi məhəllə”ni təhvil verib. Sakinlərin istirahət yeri kimi nəzərdə tutulmuş sahənin kənarlarına 60 ədəd şam və küknar ağacları əkilib. Uşaqların əylənməsi üçün iki ədəd sürüşkən, iki ədəd yellənçək, müxtəlif növ idman qurğuları quraşdırılıb. Sahənin ortasında mini-futbol yarışları üçün kiçik stadion yaradılıb. Yarışları izləmək istəyənlər və istirahət edənlərin rahatlığı üçün 11 ədəd (hər biri 2 metr olmaqla) oturacaqlar qoyulub.

Sakinlər məhəllədə uşaq və böyüklər üçün yaradılmış şəraitə görə bələdiyyəyətəşəkkürlərini bildirərək, məhəllənin səliqə-sahmanlı saxlanılmasını öhdələrinə götürüblər.

Qeyd edək ki,Mingəçevir Bələdiyyəsi “Nümunəvi məhəllə” layihəsini gələn il də müxtəlif ərazilərdə həyata keçirəcək.

Your email address will not be published.