Müəllim qumbara ilə özünü partlatdı-AZƏRBAYCANDA

0 742
Nemət Bayramov sonuncu dəfə ötən gün liseydə olub. 
Kanal32.info xəbər verir ki, bu barədə Oxu.Az-a Gədəbəy peşə liseyindən məlumat verilib.
Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb: “Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir”.
Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var:
“O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb”.
 ***

Kanal32.info Open.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Sakinlər şəhər ərazisində güclü partlayış səsi eşidiblər. Dərhal hadisə yerinə təcilli tibbi yardım, polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə yerindən bir nəfər yaralı dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı dünyasını dəyişən şəxsin rayon sakini, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov olması müəyyən edilib. O, “F-1” əl qumbarasını əlində partladaraq intihar edib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Onu da qeyd edək ki, intihar edən N. Bayramov peşə liseyində idman müəllimi olub.

 

Your email address will not be published.