Biləsuvarda Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilib

0 575

  Biləsuvar rayon İcra hakimiyyətindən Azbelediyye.info-ya verilən məlumata görə,  rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə tədbiri keçirilib.
Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların,  ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə  çıxış edərək  2018-ci ildə  rayonunun və ümumilikdə respublikamızın mədəni həyatında baş verən hadisələr barədə danışıb, aparılan geniş sosial-iqtisadi inkişaf, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
M.Quliyev vurğulayıb ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı  rayon əhalisini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirib.
Tədbirdə   rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səsləndirilib.

Your email address will not be published.