İlk sürət qatarı Gəncədə izdihamla qarşılandı-FOTOLAR

0 637

Kanal32.info xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.Sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. 

Qatarın ilk sərnişinləri jurnalistlər və bir qrup deputatlar olub. Qonaqları Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov müşayiət edib.Sürət qatarı saat 12:45-də Gəncəyə çatıb. Gəncədə sürət qatarı böyük izdihamla qarşılanıb.

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu gün yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir. “Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib”, – deyə N.Bayramov vurğulayıb.

Bayram əhval-ruhiyyəsi ilə müşayət olunan qarşılanma mərasiminidə çıxış edən Azərbaycan Dəmiryolları QSC-nin sədri, Millət vəkili C.Qurbanov bunu mühüm tarixi hadisə adlandırıb və ölkə başçısı cənab İlham Əliyevin apardağı məqsədyönlü iqtisadi siyasətin bariz nümunəsi kimi qiymətlədirib.

Həmçinin,Cavid Qurbanov bu sürət qatarını Gəncəyə yox gələcəyə yol açan bir qatar kimi səciyyələndirib: “İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq”.

Daha sonra mərasim incəsənt xadimlərinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib.Biri-birindən gözəl musiqilər səsləndirilib.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

 

 

 

Your email address will not be published.