Ehtiyac meyarı 143 manata yüksəldi

0 640

Bu gündən, yəni 2019-cu il yanvar ayının 1-dən etibarən Azərbaycanda ehtiyac meyarı 143 manata, yaşayış minimumu isə 180 manata yüksəlib.

Azbelediye.info xəbər verir ki, ötən il Milli Məclisin qəbul etdiyi qərara əsasən, bu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub.

2019-cu ildə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Your email address will not be published.