Mingəçevirdə partlayış olub

0 667

Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Kanal32.info xəbər verir ki,hadisə şəhərin Günəşli yaşayış massivinin 6-cı küçəsindəki həyət evində qeydə alınan partlayış zamanı dalğanın təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub.Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı əraziyə gəlmiş 3 yanğınsöndürmə briqadası tərəfindən alınıb.Həmçinin,Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Your email address will not be published.