Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

0 719

Bakının Xətai rayonu Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın hadisəısi baş verib.

Azbelediyye.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ötən gecə baş vermiş hadisənin qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

Your email address will not be published.