Mingəçevirdə məktəb binası istifadəyə verilib

0 644

Mingəçevirdə 14 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Azbelediyye.info-nun tədbirdə iştirak etməyən müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə iştirak edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə məktəbin foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətlərindən bəhs edən sərgilərə baxıb.

Sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub. Kimya, fizika kabinələri və laboratoriyaları, kompüter otağı, ibtidai sinif otağı, kitabxana, yeməkxana, idman zalı və digər tədris sahələri müasir avadanlıqlarla təchiz edilib.

Müəllim və şagirdlərlə görüş zamanı İlham İsmayılov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkə təhsilinin inkişafı məqsədilə gördüyü işlərdən danışıb, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində məktəbin kollektivinə uğurlar arzulayıb.

P.S.Ümumşəhər tədbirlərində jurnalistlər arasında ayrıseçkilik edilir.Hətta,jurnalistkadan xəbəri olmayanlar tədbirlərə dəvət olunur.Yəqin ki,bunu yeni icra başçısı bilməmiş deyil…

Your email address will not be published.