Kəlbəcərli gəncdən ürək dağlayan sözlər

0 659

Göygöl rayonunun Aşıqlı kəndi ərazisindəki yolun solunda adıçəkilən kəndə məxsus qəbirstanlıq yerləşir.Adı Aşıqlı məzarlığı olsa da artıq Qılınclı kənd qəbiristanlığına dönüb.Yurd-yuva həsrətiylə köçən kəndimizin əziz insanları,sayilib seçilən el ağsaqqalları el ağbirçəkləri, dünyadan nakam köçən kəndimizin cavanları burada dəfn olunublar.İldə ən azı bir dəfə də olsa ziyarətinə gəldiyim Sadıx əmimlə Mənzər nənəm də burada dəfn olunublar.Tək nənəmlə əmimi deyil,həm öz əziz kəndçilərimi,həm də digər kəlbəcərlilərin qəbirlərini ziyarət edirəm.Onların ruhlarına dua oxuyuram.Ancaq sonuncu dəfə- yeni il öncəsi bu əraziyə  səfər edəndə o qədər təsirləndim ki,duyğularıma hakim ola bilmədim.Və həsrət dolu qəlbimdən keçən hissləri, duyğuları ağ kağıza köçürməklə təsəlli tapdım…

Taleyə,qismətə bax,
Gör hardan gəldi soraq.
Yanarmı sönən çıraq,
Aşıqlı torpağında.

***

Qılınclıda doğulan,
Kəlbəcərsiz qovrulan.
Yatır,yurdu dağılan,
Aşıqlı torpağında.

***

Tapılmadı çarası,
Məzarlar üz qarası. 
Kəndimizin parası,
Aşıqlı torpağında.

***

Burda kənar,yadı yox,
Demə dərdin adı yox.
Ocağında odu yox,
Aşıqlı torpağında.

***

Daşdakı adlar tanış, 
Şeirlər bir yalvarış. 
Samir, zamanla barış,
Aşıqlı torpağında.

30.12.2018

Samir Mustafayev

Your email address will not be published.