Söyüş söyən icra başçısı vəfat etdi

0 541

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də səhər saatlarında dünyasını dəyişib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb.  18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirdi…

Xatırladaq ki,Mahmud Quliyev kobud ifadələr işlətdiyinə görə 3 mart 2016-cı ildə prezidentin sərəncamı ilə işdən azad olunmuşdu.

Allah rəhmət eləsin…

Your email address will not be published.