“Şəkər xəstəxanası” yandı-FOTO

0 593

 Kanal32.info xəbər verir ki, Gəncə şəhər Endokrinoloji Xəstəxanada yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub və yanğın söndürülüb.

Əldə etdiyimiz məlumata görə,hadisəyə xəstəxananın Baş həkimi Sevda Əskərovanın otağında işlək vəziyyətə qoyub getdiyi qızıdırıcı peç səbəb olub.Yanğın zamanı tibb müəssisənin əməkdaşı Mehriban Paşayevanın anası Paşayeva Nəcibə tüstüdən zəhərlənərək 3 nömrəli xəsətəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki,adıçəkilən xəstəxanada baş verən qanunsuzluqlarla və Baş həkim Sevda Əskərovanın əməlləri ilə bağlı 22 noyabr 2018-ci tarixdə Kanal32.info və Azbelediyye.info saytlarında geniş yazı dərc olunub.Xəsətəxanada “burda mənəm Bağdadda kor xəlifə”prinsipi ilə işləyən Baş həkim Elmar Vəliyevin ən yaxın kadırı kimi ad çıxarıb və bundan tabeliyində işləyənlərə qarşı istifadə edib.

Keçmiş günlərdən xatirə

Əvvəlki yazını linkdən oxuya bilərsiniz:

“Şəkər xəstəxanası”nda şok qanun pozuntuları-VİDEO

Your email address will not be published.