Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 13 biznesmen həbs olunub.
Azbelediyye.info Türkiyənin yerli KİV-ə istinadən bildirir ki, onlar Bursada həyata keçirilən əməliyyat zamanı saxlanılıblar. Biznesmenlərin Bursa Orxanqazi Universitetinə ianə verdikləri iddia olunur.
Qeyd edək ki, universitet FETÖ-yə aid olduğu üçün bağlanılıb.