İcra başçısı sakinlərin problemlərini dinlədi-FOTO

0 661

Azbelediyye.info xəbər verir ki,Mingəçevir İcra Hikimiyyətinin başçısı İlham İsmayılov şəhərin U.Hacıbəyov 78, 80, M.Maqamayev 81 ünvanlarında yaşayan sakinlərlərlə səyyar görüş keçirib.

Sakinləri salmalayan icra başçısı əvvəlcə şəhərdə görülən quruculu-abadlıq işləri  və həyata keçirilən tədbirlər haqqında danışıb.Bildirib ki,məqsədimiz sakinlərin problemi ilə daha yaxından tanış olmaqdır:”Bütün görülən işlər cənab Prezidentin tapşırıq və tövsiyyələri əsasında həyata keçirilir ki, insanlar rahat yaşasınlar”.

Görüşdə çıxış edən şəhər sakinləri ölkəmizin hərtərəfli inkişafının təmin olunması istiqamətində aparılan işlərə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.Həmçinin,onları narahat edən bir sıra problemlərin və çatışmazlıqların aradan  qaldırılmasını  xahiş ediblər.Məhəllə sakinlərindən Fərman Nəbiyev yaradılan nümunəvi məhəllədən danışıb:” Görülən bu işlərdən biz məhəllə sakini kimi mən də razıyam.Ancaq biz sakinləri uzun illərdən bəri ən çox narahat edən problem binaların istilik sisteminin olmamasıdır.Binaların tüstü bacaları da təmizlənmir.Bu da qış aylarında daha çox problemlərə yol açır.Binaların giriş qapıları yoxdur”.

Digər çıxış edən məhəllə sakinləri də onları narahat edən problemlərdən söz açıblar.Bildiriblər ki, elə problemlər var ki, onu sakinlər özləri yaradır. Küçədə zibil qabı ola-ola sakinlər zibili küçəyə atırlar.

Sakinləri dinləyən İcra başçı bildirib ki, bu şəhər bizim şəhərdir, bunun problemlərini də birgə həll etməliyik: ”Şəhərdə görülən işlərin siyahısına məhəllələrin abadlaşması da salınıb. Artıq 5 nümunəvi məhəllə yaradılıb. 3 məhlədə də işlər görülür. Burada sadalanan problemlər mərhələ-mərhələ öz həllini tapacaq.Növbəti görüşlərimizdə bunun şahidi olacaqsınız. Amma gəlin hamılıqla yaradılan bu gözəlliyi qoruyaq. Əgər yaradılan bu şərait qorunmasa, iş görməyin nə xeyri var? Mən əminəm ki, sizlər bu işdə bizə kömək edəcəksiniz”.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.