Mingəçevir Bələdiyyəsi hesabt verdi-FOTOLAR

0 697

Azbelediyye.info xəbər verir ki,Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatın son müzakirəsi  keçirilib.

Müzakirələrdə bələdiyyə üzvləri, şəhər İcra hakimiyyətinin məsul işçiləri, KİV, QHT, məhəllə komitələri, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Bələdiyyənin sədri Coşqun Abdullayev hesabat məruzəsini iştirakçıların diqqətinə çardırıb.

Məruzə ətrafında şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, şəhər İcra Hakimiyyəti Başçısının icra nümayəndələri Rizvan Mikayıllı, Faiq Mustafayev, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, məhəllə komitələrinin rəhbərləri Əbülfət Babayev, İspəndiyar Musayev, “Çernobıl” cəmiyyəti şəhər şöbəsinin sədri Ziyəddin Qocamanov, Rayonlararası Lal-karlar cəmiyyətinin sədri Elman Abbasov, “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, sakinlərdən Fazil Niftalıyev, Saleh Məmmədov və başqaları çıxış edərək, rəy və təkliflərinin bildirdilər və bələdiyyənin illik fəaliyyətini qənaətbəxş hesab ediblər.

 

Your email address will not be published.