Gəncədə yeni salınan 83 küçəyə ad verilib

0 673

Gəncədə yeni salınan 83 küçəyə ad verilib. Yaxın vaxtlarda isə həmin küçələrdə ünvan lövhələrinin vurulmasına başlanılacaq. Bu barədə Azbelediyye.info-ya Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yeni salınan küçələrdə Gəncə Telekommunikasiya İdarəsi tərəfindən telefon xəttlərinin çəkilişi ilə bağlı işlənmiş layihə də artıq hazırdır.

Bununla yanaşı, hazırda şəhərin bir sıra qəsəbə və ara yollarında asfaltlanma işləri həyata keçirilir.

Your email address will not be published.