“Azərenerji”nin rəhbəri ailələri ac qoyur

0 621

Varvara SES-in və Mingəçevir İES-in bir qrup əməkdaşı üzləşdikləri haqsızlıqla bağlı redaksiyamıza müraciət ediblər.

Son bir ay ərazində Mingəçevir İES-in və Varavar SES-in mühafizəsini təşkil edən Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə qarşı “Azərenerji” ASC-nin rəhbərliyi səviyyəsində “represiya”lar başlayıb.Artıq son günlərə kimi 60 nərəfə yaxın insanı heç bir tutarlı hüquqi əsas göstərmədən işdən azad ediliblər və proses davam edir.Uzun illrdir adıçəkilən strateji müəssisələrin təhlükəsizliyini qoruyan işçilərə müxtəlif yollarla təzyiqlər göstərilir ki,”ərizələrinizi yazın,könüllü işdən çıxın.Əks halda sizə heç bir ödəniş olunmaycaq”.Bu addımların hansı məntiqə sığıdığını isə yəqin ki,Etibar Priverdiyevin “atasına rəhmət oxutduran” “Azərenerji”nin yeni rəhbəri Balababa Rzayevdən yaxşı bilən olmaz.Odur ki,”kreslosunu istiməmiş” “budama”əməliyyatına başlayan Balababa Rzayevə bir neçə ritorik sual ünavnlamaq istəyirik:

-Varvara SES-in qorunması üçün neçə illərdir mövcud olan bir mühafizə postunun ləğv edilməsi nə dərəcədə düzgündür?

-İşdən azad etdiyiniz onlar işçinin övladlarını ac qoymaqla Azərbaycanın düşmənlərini bizəmi güldürmək istəyirsiniz?

-Axı sizə etimad göstərmiş ölkə rəhbəri cənab İlham Əliyev hər çıxışında sadə vətəndaşlara kömək etmək hər bir məmurun borcudur deyir.Siz bu məsuliyyəti hələ də hiss etmədinzmi?

-Sizə edilən rəsmi müraciətlərə niyə cavab vermirsiniz? Budrmu sizin savadsız şəkildə hazırlanmış rəsmi məktub formasında verdiyiniz cavab?(hazırladıqları blankın tərtibatı çox şeydən xəbər verir)

Redaksiyamıza müraciət edən Varvara SES-in və Mingəçevir İES-in işdən çıxarılan Mühafizəçiləri buradan cənab İlham Əliyevə səslənirlər:”Cənab prezidentimiz,xahiş edirik ki,”Azərenerji”nin bizə qarşı atdığı addımlarla bağlı tədbir görəsiniz.Ümidimiz yalnız Sizədir.Müraciət etdiyimiz müvafiq qurumlar problemimizin həlli üçün bizə heç bir köməklik göstərmir”

Yazının faktlara söykənən digər hissəsini bu günlərdə təqdim edəcəyik.

Guya bu əraziyə yeni qoruyucu hasar çəkilib və video-müşahidə kameraları quraşdırılıb.Görün,dövləti necə aldadırlar…DİQQƏTLƏ BAXIN!

Your email address will not be published.