Tətil günləri dəyişəcəkmi?-AÇIQLAMA

0 513

Təhsil Nazirliyi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir edib-etməyəcəyini açıqlayıb.

Kanal32.info Təhsil Nazirlyinin rəsmi internet saytına istinadən xəbər verir ki,təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili isə 27-31 yanvar tarixlərini əhatə edir.

Your email address will not be published.